Futbol hakiminin maşını yandırılıb - Federasiya oyunları təxirə salıb

 Futbol hakiminin maşını yandırılıb - Federasiya oyunları təxirə salıb

Kipr futbolunda qalmaqal baş verib.

Mediasport.az xəbər verir ki, yerli hakimlər çempionat oyunlarını boykot ediblər.

Buna hakim Menelaos Antoniunun anasına məxsus avtomobilin yandırılması səbəb olub. Ədalət təmsilçilərinin boykot qərarından sonra Kipr Futbol Assosiasiyası ölkədə peşəkar səviyyəli matçları qeyri-müəyyən müddətədək təxirə salıb.

Hakimlər özləri və ailələri üçün təhlükəsizlik tədbirlərinin gücləndirilməsini tələb ediblər.

Qeyd edək ki, iyunda Kiprdə Hakimlər Komitəsinə məxsus qərargahda bomba partladılıb. 2020-ci ildə isə bir hakimin avtomobilinə bomba yerləşdirilməsi ölkədə futbol oyunlarının bir həftəlik təxirə salınmasına səbəb olmuşdu.