"Turan Tovuz" rayonun ən ucqar kəndinin kollektivi ilə görüşdü
"Turan Tovuz" rayonun Məzahir Quliyev adına Şamlıq kənd tam orta məktəbinin kollektivi ilə görüşüb.
mediasport.az xəbər verir ki, məktəb rəhbərliyi və şagirdlərlə görüşdə əsas komandanın futbolçuları Kamal Bayramov, Siyanda Xulu, Denis Marandiçi, Xəyal Nəcəfov, Turan Vəlizadə, Belajdi Pusi, akademiyanın koordinatoru Rasim Əliyev və klubun mətbuat katibi Süleyman Tağıyev iştirak ediblər.
Tovuzun ən ucqar kənd məktəblərindən olan Şamlıq kənd tam orta məktəbində 175 şagird təhsil alır. Şəhər mərkəzindən 50 kilometr uzaqlıqda yerləşən kəndin sakinləri və şagirdlər komandanınn oyunlarına tez-tez gələ bilmədiyindən "Turan Tovuz" rəhbərliyi onların qonağı olmaq qərarına gəlib.
Akt zalında keçirilən görüşdə futbolçular məktəblilərlə şəkil çəkdirib, onlara hədiyyələr və avtoqraf verib.