Əfsanəvi Karlo Ançelotti 64 yaşında universitet məzunu olub

Əfsanəvi Karlo Ançelotti 64 yaşında universitet məzunu olub

“Real”ın baş məşqçisi Karlo Ançelotti İtaliyanın Parma Universitetinin magistratura pilləsindən məzun olub.

Mediasport.az xəbər verir ki, dünya şöhrətli mütəxəssis "Profilaktik və Uyğunlaşdırılmış Motor Fəaliyyətlərinin Elmləri və Texnikaları" üzrə Fəxri diplomuna layiq görülüb.

64 yaşlı mütəxəssisin əldə etdiyi Elmi dərəcə İtaliyanın Universitetlər və Araşdırmalar Naziri Anna Maria Bernini tərəfindən təsdiqlənib.