"Futbolçularımla fəxr edirəm, çünki "Qarabağ" çox güclü komandadır"
"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində Norveçdə "Molde" ilə heç-heçə edib.
Mediasport.az saytının Moldeyə ezam olunmuş əməkdaşı xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Erlinq Moe matç haqqında danışıb, jurnalistlərin suallarını cavablandırıb.
Nə Bakıda, nə də Norveçdə "Qarabağ" qalib gələ bildiniz. Buna nə mane oldu?
- Bakıdakı oyunda "Qarabağ" bizdən daha yaxşı perfromans göstərmişdi. Ona görə qalib gəldilər. Amma bu gün 90 dəqiqə daha yaxşı tərəf biz idik. Komandamla fəxr edirəm. "Qarabağ" çox güclü komandadır. Onlara qarşı çox yaxşı performans göstərdik. Oyunçularıma təşəkkür edirəm. Bu performansı "Bayer"ə qarşı göstərməyə çalışacağıq.
"Qarabağ"ın Avropa Liqasında uğurlu çıxışını istəyərdiz?
- "Qarabağ"ı hələ təbrik etməyəcəm. Çünki şansımız var. "Bayer"lə matçımız olacaq. "Qarabağ" çox yaxşı komandadır. Önəmli odur ki, növbəti mərhələdə "Qarabağ" və ya bizə rəqib kim düşəcək.
Amma matçdan Qurban Qurbanovu təbrik etdiniz.
- Bəli, əlini sıxdım. Uzun illərdir ki, "Qarabağ"a baş məşqçilik edir. Onu təbrik edirdim ki, "Qarabağ"ı udmaq çətindir. Ona uğurlar arzuladım.