Gəncə şəhər stadionundan həssas, qürurverici görüntülər - VİDEO

Gəncə şəhər stadionundan həssas, qürurverici görüntülər - VİDEO

mediasport.az Premyer Liqanın 10-cu turunun Gəncədə keçirilmiş "Kəpəz" - "Neftçi" (0:2) qarşılaşmasının videoicmalını təqdim edir.

Futbolçular meydana Vətən müharibəsi şəhidlərinin övladları, həmçinin 44 günlük savaşda ermənilərin Gəncəyə atdığı raketdən sonra valideynlərini, əzizlərini, qohumlarını itrimiş balaca qəhrəmanlarla çıxıblar. Topa ilk toxunuşu raket zərbəsi zamanı hər iki valideynini itirmiş Nilayla Hüseyn və o günlərin məğrur duruşlu balaca qəhrəmanı Bəxtiyar ediblər.