Samuel Eto`Odan böyük tərbiyəsizlik, azarkeşə elə bir təpik vurdu... - VİDEO

Samuel Eto`Odan böyük tərbiyəsizlik, azarkeşə elə bir təpik vurdu... - VİDEO

Qətərdə keçirilən Dünya çempionatında xoşagəlməz hadisə yaşanıb.

mediasport.az xəbər verir ki, 1/8 final mərhələsinin Braziliya - Cənubi Koreya oyunundan (4:1) sonra Kamerun Futbol Federasiyasının prezidenti Samuel Eto`O çox ciddi qalmaqala səbəb olub.

Keçmiş hücumçu stadionun yaxınlığında azarkeşlərlə şəkil çəkdirərkən kənardan ona nəsə deyən əlcəzairli olduğu bildirilən yutuberin üzərinə hücum edib. Özündən çıxan Eto`O əvvəlcə onu itələyib, sonra isə sifətinə təpik vurub. Ardından onun əlindən kamerasını alıb.

Yutuberin ona Kamerun yığmasının DÇ-nin seçmə mərhələsinin pley-offunda məhz Əlcəzair millisini mübarizədən kənarlaşdırması ilə bağlı atmaca atdığı iddia edilir. Xatırlayırsızsa, mundiala vəsiqə verən Kamerun - Əlcəzair oyunu xeyli mübahisələrə yol açmış, Əlcəzair Futbol Federasiyası hakimlərin mübahisəli qərarlarından şikayət etmişdi.

Keçid görüşündə hər iki matç 1:0 hesabı ilə başa çatmışdı. Əlcəzair millisi əlavə vaxtın 118-ci dəqiqəsində Əhməd Tuba ilə hesabda önə keçsə də, "ələkeçməz şirlər" 120+4-cü dəqiqədə Toko Ekambi ilə rəqibə şok yaşadaraq "Qətər-2022"yə vəsiqə qazanmışdılar.