Doğma şəhərində Andres İnyestanın heykəlinin açılışı oldu
İspaniya milli komandasının sabiq futbolçusu Andres İnyestanın heykəlinin açılışı olub.
Mediasport.az xəbər verir ki, dünya və Avropa çempionunun abidəsi doğulduğu Albasete şəhərində ucaldılıb.
Monumentdə yarımmüdafiəçinin 2010-cu idəl Cənubi Afrikada keçirilən dünya çempionatının finalında qolla tamamlanan zərbə anı təsvir olunub.
İspanlar Niderland millisi ilə qızıl medal görüşünün 116-cı dəqiqəsində məhz İnyestanın vurduğu yeganə qolla dünya çempionu titulunu əldə etmişdilər.
Xatırladaq ki, 40 yaşlı futbolçu karyerasını Birləşmiş Ərəb Əmirliklərinin “Emireyts” klubunda davam etdirir.