AFFA hakimləri söyən Namiq İbrahimova 5 oyunluq cəza verilib

AFFA hakimləri söyən Namiq İbrahimova 5 oyunluq cəza verilib

AFFA İntizam Komitəsi futzal üzrə I Liqa komandası “Bakı”nın məşqçisi Namiq İbrahimovu cəzalandırıb.

Mediasport.az xəbər verir ki, 17-ci turda PFL ilə görüşdə hakimləri təhqir etdiyi üçün qırmızı vərəqə alan mütəxəssis meydanı tərk edərkən hakimlər və yarış təşkilatçılarının ünvanına davamlı olaraq təhqiredici ifadələr işlədib.

Bu, onun 5 oyunluq diskvalifikasiya edilməsi ilə nəticələnib.

Həmin liqanın “Metropoliten” - “Dalğa” oyunu isə birincilərin təyin edilən vaxtda meydanda olmaması ucbatından baş tutmayıb. Bu, “Metropoliten”in 0:5 hesablı texniki məğlubiyyət almasına yol açıb.