Süleymanovdan 2:8 hesabına ŞƏRH: "Səviyyə fərqi sözünü dedi"
"Oyunun əvvəlində heç kim hesabın belə böyük olacağını deyə bilməzdi. Premyer Liqa ilə I Liqa arasında səviyyə fərqi göz qabağındadır".
Mediasport.az xəbər verir ki, bu sözləri 1-ci Liqa klubu "İrəvan"ın baş məşqçisi Nazim Süleymanov Azərbaycan Kubokunun 1/8 final mərhələsinin "Araz-Naxçıvan"la matçından sonra verdiyi açıqlamada deyib.
Təcrübəli mütəxəssis 2:8 hesablı məğlubiyyəti şərh edib, hesabın böyük olmasını komandaların səviyyə fərqinə bağlayıb:
- İndiki futbol sürət futboludur. Səviyyə öz sözünü dedi. Komanda səbrli və nizamlı olmalıdır. Bizdə oyunçularla bağlı çətinliklər var. Ehtiyatda 5 oyunçu olsa da, 3 nəfəri oyuna buraxa bildik. Qapıçılarla birlikdə 17-18 oyunçumuz var. Liqada bir oyunumuz qalıb. Kubok avrokuboklara ən qısa yoldur. İnsanların arzuları var. İştah diş altındadır. Amma səviyyə də ortadadır. "Araz-Naxçıvan"a uğurlar arzulayıram. Futbol səhvlər oyunudur. Kim çox səhv edirsə, o da məğlub olur. Təssüf ki, biz çox səhv etdik".