"Heç nəyə aldanmalı deyilik, hər şeyə real baxmalıyıq" - VİDEO

"Heç nəyə aldanmalı deyilik, hər şeyə real baxmalıyıq" - VİDEO

"Ciddi rəqibə qarşı oynayacağıq. Bir komanda, bir insan il boyu eyni səviyyədə ola, istədiyi kimi nəticə əldə edə bilməz. Çünki onun qarşısında rəqibi analiz etmiş, hazırlaşmış rəqib olur. Hazırlığımız ümumən pis deyil".

Mediasport.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəssis UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk görüşü çərçivəsində sabah səfərdə üz-üzə gələcəkləri "Braqa" ilə qarşılaşmadan əvvəl təşkil olunmuş mətbuat konfransında iştirak edib.

Qurban Qurbanovdan öncə Ağdam klubunun braziliyalı yarımmüdafiəçisi Julio Romao fikirlərini bildirib, jurnalistlərin suallarını cavablandırıb.

Çalışdırıcı sürətli və dinamik oyun göstərən komandaya qarşı oynayacaqlarını qeyd edib: "İnanırıq ki, bu gözəl stadionda yaxşı oyun göstərəcəyik. İstəkliyik, rəqibə dəyər veririk. İnanıram ki, futbolçularım yaxşı, keyfiyyətli futbol oynamağı bacaracaq".