I kateqoriyalı hakimlərin təlim-məşq toplanışına start verildi

 I kateqoriyalı hakimlərin təlim-məşq toplanışına start verildi

Azərbaycanın I kateqoriyalı hakimlər üçün təlim-məşq toplanışına start verilib.

Mediasport.az xəbər verir ki, toplanış zamanı hər gün iki dərs və meydanda fiziki hazırlıq üzrə iki məşqin keçirilməsi nəzərdə tutulub.

“Liv Bona Dea Arena”da 3 gün baş tutacaq hazırlığın son günündə hakimlərdən fiziki hazırlıq testi götürüləcək.