İcraiyyə Komitəsi "Neftçi", "Sumqayıt" və "Səbail"i cərimələyib

  İcraiyyə Komitəsi "Neftçi", "Sumqayıt" və "Səbail"i cərimələyib

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Mediasport.az xəbər verir ki, Azərbaycan 1-ci Liqasının, Premyer Liqanın və Əvəzedicilər Liqasının oyunları zamanı baş vermiş qayda pozuntularına hüquqi qiymət verilib.

03.04.2024-cü il tarixində 1-ci Liqada 20-ci turun "Mingəçevir" - "İmişli" oyununun 80-ci dəqiqəsində "İmişli" klubunun 23 nömrəli futbolçusu Gilyerme Silva ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, "İmişli" klubu 150 manat cərimə edilir (maddəə 39.1);

04.04.2024-cü il tarixində 1-ci Liqada 20-ci turun "İrəvan" - "Araz Saatlı" oyununun 50-ci dəqiqəsində "İrəvan" klubunun 73 nömrəli futbolçusu Bəşir Ayralov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, "İrəvan" klubu 50 manat cərimə edilir (maddə 36.5);

04.04.2024-cü il tarixində 1-ci Liqada 20-ci turun "İrəvan" - "Araz Saatlı" oyununda “Araz Saatlı” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə "Araz Saatlı" klubu 70 manat cərimə edilir (maddə 37);

05.04.2024-cü il tarixində 1-ci Liqada 20-ci turun "Zaqatala" - "Karvan" oyununun 54-cü dəqiqəsində "Karvan" klubunun 10 nömrəli futbolçusu Akif Tağıyev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, "Karvan" klubu 150 manat cərimə edilir (maddə 39.1);

05.04.2024-cü il tarixində 1-ci Liqada 20-ci turun "Zaqatala" - "Karvan" oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə "Zaqatala" klubu 80 manat cərimə edilir (maddə 51.2);

05.04.2024-cü il tarixində 1-ci Liqada 20-ci turun MOİK - "Şamaxı" oyununda "Şamaxı" klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Şamaxı” klubu 70 manat cərimə edilir (maddə 37);

06.04.2024-cü il tarixində Azərbaycan Premyer Liqasında 29-cu turun "Qarabağ" - "Səbail" oyununda "Səbail" klubunun 6 futbolçusu sarı vərəqə aldığına görə "Səbail" klubu 700 manat cərimə edilir (maddə 37);

07.04.2024-cü il tarixində Azərbaycan Premyer Liqasında 29-cu turun "Neftçi" - "Sumqayıt" oyununda "Sumqayıt" klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə "Sumqayıt" klubu 700 manat cərimə edilir (maddə 37);

07.04.2024-cü il tarixində Azərbaycan Premyer Liqasında 29-cu turun "Neftçi" - "Sumqayıt" oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə "Neftçi" klubu 800 manat cərimə edilir (maddə 51.2);

07.04.2024-cü il tarixində Əvəzedicilər liqasında 29-cu turun "Qarabağ-2" - "Səbail-2" oyununda "Qarabağ-2" komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə "Qarabağ-2" komandası 70 manat cərimə edilir (maddə 37);

07.04.2024-cü il tarixində Əvəzedicilər liqasında 29-cu turun "Qarabağ-2" - "Səbail-2" oyununun 50-ci dəqiqəsində "Səbail-2" komandasının 62 nömrəli futbolçusu Zaman Zamanlı rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, "Səbail-2" komandası 80 manat cərimə edilir (maddə 41);

07.04.2024-cü il tarixində Əvəzedicilər liqasında 29-cu turun "Turan Tovuz-2" - "Sabah-2" oyununda "Turan Tovuz-2" komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə "Turan Tovuz-2" komandası 70 manat cərimə edilir (maddə 37);

07.04.2024-cü il tarixində Əvəzedicilər liqasında 29-cu turun "Turan Tovuz-2" - "Sabah-2" oyununda "Sabah-2" komandası matçın ilkin protokolunu PFL-in elektron bazasında gec təsdiq etdiyinə görə "Sabah-2" komandası 100 manat cərimə edilir (maddə 91).

08.04.2024-cü il tarixində Əvəzedicilər liqasında 29-cu turun "Zirə-2" - "Qəbələ-2" oyununda "Zirə-2" komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə "Zirə-2" komandası 70 manat cərimə edilir (maddə 37);

08.04.2024-cü il tarixində Əvəzedicilər liqasında 29-cu turun "Zirə-2" - "Qəbələ-2" oyununda topdaşıyanların say limiti pozulduğuna görə "Zirə-2" komandası 80 manat cərimə edilir (maddə 74.1);

08.04.2024-cü il tarixində Əvəzedicilər liqasında 29-cu turun "Zirə-2" - "Qəbələ-2" oyununda xərəkdaşıyanların say limiti pozulduğuna görə "Zirə-2" komandası 80 manat cərimə edilir (maddə 74.1);

08.04.2024-cü il tarixində Əvəzedicilər liqasında 29-cu turun "Neftçi-2" - "Sumqayıt-2" oyununda "Neftçi-2" komandasının 6 futbolçusu sarı vərəqə aldığına görə "Neftçi-2" komandası 70 manat cərimə edilir (maddə 37);

08.04.2024-cü il tarixində Əvəzedicilər liqasında 29-cu turun "Neftçi-2" - "Sumqayıt-2" oyununun 32-ci dəqiqəsində "Neftçi-2" komandasının 78 nömrəli futbolçusu Elcan Əbilov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, "Neftçi-2" komandası 50 manat cərimə edilir (maddə 37);

08.04.2024-cü il tarixində Əvəzedicilər liqasında 29-cu turun "Neftçi-2" - "Sumqayıt-2" oyununun 90+5-ci dəqiqəsində "Neftçi-2" komandasının 91 nömrəli futbolçusu Ağadadaş Salyanskiy qeyri-etik ifadə və ya hərəkətə görə (rəsmi şəxsə qarşı qeyri-etik jest etdiyinə görə) birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanır, "Neftçi-2" komandası 300 manat cərimə edilir (maddə 43.3);

08.04.2024-cü il tarixində Əvəzedicilər liqasında 29-cu turun "Neftçi-2" - "Sumqayıt-2" oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə "Neftçi-2" komandası 100 manat cərimə edilir (maddə 72.4);

08.04.2024-cü il tarixində Əvəzedicilər liqasında 29-cu turun "Neftçi-2" - "Sumqayıt-2" oyununun 90+5-ci dəqiqəsində "Neftçi-2" komandasının azarkeşləri tərəfindən hakimlər kütləvi şəkildə təhqir edildiyinə görə və bu hal cari mövsümdə ilk dəfə yaşandığı üçün "Neftçi-2" komandasına xəbərdarlıq edilir (maddə 43.7);

08.04.2024-cü il tarixində Əvəzedicilər liqasında 29-cu turun "Neftçi-2" - "Sumqayıt-2" oyunu bitdikdən sonra təhlükəsizlik tam təmin edilmədiyinə görə "Neftçi-2" komandası 400 manat cərimə edilir (maddə 51.1);

08.04.2024-cü il tarixində Əvəzedicilər liqasında 29-cu turun "Neftçi-2" - "Sumqayıt-2" oyununda "Sumqayıt-2" komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə "Sumqayıt-2" komandası 70 manat cərimə edilir (maddə 37).