DÇ-2022 "CBC Sport"da

DÇ-2022 "CBC Sport"da

Qətərdə keçirilən 22-ci Dünya çempionatının ölkəmizdəki yayımçısı "İctimai" TV qrup mərhələsinin son turunun oyunları ilə bağlı məlumat yayıb.

mediasport.az xəbər verir ki, qruplarda təşkil olunan son turun oyunları günün eyni vaxtında başladığı üçün ölkə ərazisində eksklüziv yayım hüququna sahib İctimai Televiziya və Radio Yayımları Şirkəti tamaşaçıların bütün oyunları izləməsinə şərait yaratmaq üçün "CBC Sport" telekanalı ilə razılaşma əldə edib.

Razılaşmaya əsasən, yayım hüququnun sublisenziya əsasında verilməsiylə, qrup mərhələsinin son turunun 8 oyunu "CBC Sport" telekanalında yayımlanacaq.