İkili diplom magistr proqramı tələbələri ilə görüş keçirilib
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ASAPES) və Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (Universiteti) (MGİMO) arasında ikili diplom proqram çərçivəsində kadr hazırlığı rus dilində aparılan “İdman menecmenti” magistr proqramına yeni qəbul olunmuş tələbələrlə görüş keçirilib.
Gənclər və İdman Nazirliyindən Mediasport.az saytına verilən məlumata görə, görüşdə Akademiyanın prorektoru Təhminə Tağı-zadə və Rusiya Beynəlxalq Olimpiya Universitetinin elmi işlər üzrə prorektoru, Lomonosov adına Moskva Dövlət Universitetinin Hüquq fakültəsinin İnzibati hüquq kafedrasının müdiri, hüquq üzrə elmlər doktoru, dosent Nikolay Peşin, Biznes və Beynəlxalq səriştələr məktəbinin direktoru, MGİMO tərəfindən əməkdaşlığın əlaqələndiricisi Anjelika Mirzoyeva çıxış edərək ikili diplom proqramı haqqında ətraflı məlumat verib, yeni tədris ilinə başlayan tələbələrə uğurlar arzulayıblar.
Tədbirin sonunda tələbələrə ASAPES və MGİMO-nun tələbə biletləri təqdim edilib.