Mahir 2-ci Bundesliqanın derbi matçında vurduğu qoldan danışdı

Mahir 2-ci Bundesliqanın derbi matçında vurduğu qoldan danışdı

"Uzaqdan zərbələr vurmağı sevirəm. Bəlkə də karyeramın ən yaxşı qollarından biri alındı".

Mediasport.az xəbər verir ki, bu sözləri Almaniyanın "Nürnberq" klubunda forma geyinən Mahir Emreli deyib.

Azərbaycan millisinin hücumçusu 2-ci Bundesliqa klubunda vurduğu ilk qolu şərh edib:

"Psixoloji və taktiki cəhətdən bu oyuna hazırlaşmışdıq. Qapıçımız Yan Reyxert sağ olsun, bu gün bir neçə dəfə komandamızı qoldan xilas etdi. Əsas odur derbidə qalib gəldik. Bunadək bir neçə derbidə çıxış etmişdim. Belə oyunlar zamanı həmişə böyük həyəcan və yüksək emosiya olur".

Xatırladaq ki, Almaniya təmsilçisi ilə yayda 1 illik müqavilə bağlayan 27 yaşlı forvard bu gün 9-cu turun "Qröyter Fürt"lə derbi matçında hesabı açaraq komandasının qələbəsinin əsasını qoyub (4:0).