"Qarabağ" beynəlxalq turnirə 6:0 hesablı darmadağınla başlayıb

"Qarabağ" beynəlxalq turnirə 6:0 hesablı darmadağınla başlayıb

“Qarabağ”ın 14 yaşadək futbolçulardan ibarət komandası Belarusda keçirilən beynəlxalq turnirdə mübarizəyə başlayıb.

Mediasport.az xəbər verir ki, Asif Əlizadənin baş məşqçisi olduğu kollektiv Minskdə təşkil olunan “Bizim gələcəyimiz” turnirinin ilk turunda Rusiyanın “Lavina” klubu ilə üz-üzə gəlib.

C qrupunda yer alan təmsilçimiz 6:0 hesablı qələbə qazanıb.

Komandamızın qollarını Əhəd Hacızadə, Daniil Rəcəbov (2), Vaqif Nəbiyev, Seyid Zalov və Murad İsmayılov vurublar.

Ağdam klubu qrupda digər iki matçını bu gün “Rotor”, ardınca BATE-yə qarşı keçirəcək.