Argentina pley-offa lider çıxdı, Kanada 1/4-də, Çili qrupda qaldı
Futbol üzrə Amerika Kuboku turnirində qrup mərhələsinin 3-cü turunun oyunlarına start verilib.
Mediasport.az xəbər verir ki, A qrupu çərçivəsində iki matç keçirilib.
Son dünya çempionu Argentina "İnter"in forvardı Lautaro Martinesin dublu ilə Peru millisinə heç bir şans verməyib.
"Albiselesta" 1/4 finala maksimum nəticə ilə qol buraxmadan çıxıb.
Qrupun Kanada - Çilli duelində qalib olmasa da, sonda birincilər seviniblər.
Azlıqda qalan Çili yığması qrupdan çıxa bilməyib.
Xatırladaq ki, bu gecə B qrupunda keçiriləcək 2 oyunla növbəti çıxacaq digər yığmaların adları müəyyənləşəcək.
Amerika Kuboku. Qrup mərhələsi. 3-cü tur
30 iyun
A qrupu
Argentina - Peru 2:0
Qollar: Lautaro Martines, 47, 86.
"Hard Rok" stadionu.
Kanada - Çili 0:0
Qırmızı vərəqə: Qabriel Suazo, 27.
"İnter & Ko" stadionu.
Xal durumu: Argentina - 9 xal, Kanada - 4 xal, Çili - 2 xal, Peru - 1 xal.
1 iyul
B qrupu
04:00 Meksika - Ekvador
04:00 Yamayka - Venezuela
Xal durumu: Venezuela - 6 xal, Ekvador - 3 xal, Meksika - 3 xal, Yamayka - 0 xal.