“Qarabağ”ın Çempionlar Liqasında ilk potensial rəqibi müəyyənləşib

“Qarabağ”ın Çempionlar Liqasında ilk potensial rəqibi müəyyənləşib

11-ci dəfə Azərbaycan çempionluğunu qazanan “Qarabağ”ın 2024/2025-ci illər mövsümündə UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində ilk potensial rəqibi məlum olub.

Mediasport.az xəbər verir ki, Premyer Liqada qızıl medalların taleyini sona 8 tur qalmış həll edən Qurban Qurbanovun komandası səpələnməmişlərdə yer alacaq İslandiyanın “Vikinqur” klubu ilə üz-üzə gələ bilər.

Yarışa I raunddan qoşulacaq 6 komandadan yalnız adalılar səpələnməmişlər səbətində yer alacaqlar. Ağdam təmsilçisi 33,000 əmsalla mərhələnin ən yüksək reytinqə malik komandasıdır.

"Köhlən atlar" I mərhələni keçsələr, II raundda da səpələnmişlərdə olacaqlar.

Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü iyunun 18-də atılacaq.