"Səbail"də yeni müqavilə - RƏSMİ

"Səbail"də yeni müqavilə - RƏSMİ

“Səbail” futbolçusu Vüqar Həsənovla müqaviləni yeniləyib.

mediasport.az xəbər verir ki, müdafiəçi ilə birillik müqavilə imzalanıb.

Həsənov Bayıl klubuna ötən ilin iyununda qoşulub. Geridə qalan mövsümdə 16 oyun keçirib.

Qeyd edək ki, "dənizçilər"lə müqavilələri başa çatan Emil Martinov, Ruslan Hacıyev, Franko Mazurek, Luvaqa Kizito, Qustavo de Fransa və Qoba Zakpa yola salınıb.