Salahdan iki yeni rekord

Salahdan iki yeni rekord

"Liverpul"un hücumçusu Məhəmməd Salah Çempionlar Liqasında iki rekordla yadda qalıb.

mediasport.az xəbər verir ki, 30 yaşlı misirli Şotlandiyada "Reyncers"i 7:1 hesabı ilə məğlub etdikləri qrup mərhələsinin IV tur görüşündə 6 dəqiqə 12 saniyəyə het-trik edib.

Əvvəlki rekord hazırda Türkiyənin "Qalatasaray" komandasında çıxış edən Bafetimbi Qomisə məxsus olub. 37 yaşlı hücumçu 2011-ci ildə Fransa "Lion"unda çıxış edən zaman Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu ilə görüşdə 8 dəqiqəyə 3 qol vurub.

Salah bundan əlavə, qitənin bir nömrəli klub turnirində ən çox fərqlənən afrikalı futbolçu adını da qazanıb. Çempionlar Liqasındakı qollarının sayını 45-ə çatdıran afirkalı Kot-d`İvuardan olan Didye Droqbanı (44 qol) geridə qoyub.