İran klubu millimizin keçmiş baş məşqçisilə danışıqlara başlayıb

İran klubu millimizin keçmiş baş məşqçisilə danışıqlara başlayıb

Futbol üzrə Azərbaycan milli komandasının sabiq çalışdırıcısı Canni de Byazi İran təmsilçisi "Persepolis"də çalışa bilər.

Mediasport.az xəbər verir ki, bu barədə "tehrantimes.com" saytı məlumat yayıb.

Yanvarın əvvəlində baş məşqçi Yəhya Qolməhəmmədini istefaya göndərən Tehran klubu De Byazi ilə danışıqlara başlayıb.

Həmin postun digər namizədi Nigeriya yığmasının "sükanı arxasında" olan Joze Vitor dos Santuş Pezeyru 2003/04 mövsümündə "Real"ı çalışdıran Karlos Keyrosun köməkçisi olub.

Xatırladaq ki, De Byazi 2023-cü ilin noyabrında Azərbaycan millisindən ayrılıb.