La Liqa təmsilçisi 36 yaşlı məşçi ilə 1 illik müqavilə imzaladı - RƏSMİ

La Liqa təmsilçisi 36 yaşlı məşçi ilə 1 illik müqavilə imzaladı -  RƏSMİ

Bir müddət əvvəl istefaya göndərilən Rafael Benitesi əvəz edən “Selta”nın müvəqqəti baş məşqçisi Klaudio Jiraldeslə bağlı yekun qərar verilib.

Mediasport.az xəbər verir ki, La Liqa təmsilçisi 36 yaşlı mütəxəssislə 1 illik müqavilə bağlayıb.

O, 2025-ci ilin yayına qədər Viqo təmsilçisini çalışdıracaq.

“Selta” Primeroda geridə qalan 31 tura 28 xal toplamaqla 17-ci pillədə qərarlaşıb.

Komandanı təhlükəli zonadan 3 xal ayırır.