İsveç klubu "Qarabağ"la oyun öncəsi məğlubiyyətlə üzləşib

İsveç klubu "Qarabağ"la oyun öncəsi məğlubiyyətlə üzləşib

UEFA Avropa Liqasının H qrupunda “Qarabağ”ın rəqibi “Hekken” yoldaşlıq oyununda gücünü sınayıb.

Mediasport.az xəbər verir ki, İsveç klubu Finlandiyada yerli “Helsinki” ilə üz-üzə gəlib.

Görüş meydan sahiblərinin qələbəsilə başa çatıb - 4:3.

Qeyd edək ki, Azərbaycan çempionu "arılar"ı Bakıda bir həftə sonra qəbul edəcək.

Tofiq Bəhramov adına stadionda keçiriləcək oyun saat 21:45-də başlanacaq.

"Köhlən atlar" 7 xalla qrup ikincisidir, "Hekken"in aktivində xal yoxdur.