Ammuta Azərbaycan yığması ilə oyun üçün ilkin heyəti açıqladı
İordaniya millisinin sentyabrda Bakıda Azərbaycan yığması ilə keçirəcəyi yoldaşlıq oyunu üçün ilkin heyəti açıqlanıb.
Mediasport.az xəbər verir ki, baş məşqçi Hüseyn Ammuta düşərgəyə 31 futbolçu çağırıb.
Mütəxəssis 5 qapıçı, 10 müdafiəçi, 9 yarımmüdafiəçi və 7 hücumçunu sınaqdan keçirəcək.
İordaniya seçməsinin ilk yoxlama görüşü sentyabrın 7-də səfərdə Norveçə qarşı olacaq. Azərbaycan yığması ilə matç sentyabrın 12-də Bakıda baş tutacaq.
Qapıçılar: Yezid Əbu Leyla, Abdulla əl-Fəxuri, Malik Şalabiyə, Məhəmməd əl-Əmvasi, Abdulla əl-Zubi;
Müdafiəçilər: İhsan Həddad, Firas Şalabiyə, Məhəmməd Əbu Həşiş, Yusif Əbu əl-Cəzar, Mustafa Eyd, Abdulla Nəsib, Yazan əl-Ərəb, Məhannəd Xeyr Allah, Səlim Übeyd, Hicazi Mahir;
Yarımmüdafiəçi: Mahmud Şövkət, Nizar əl-Raşdan, İbrahim Sadeh, Nur əl-Ravabdeh, Rəqayi Ayid, Übeydə əl-Samarneh, Saleh Rateb, Yusif Əbu Calbuş, Məhəmməd Əbu Rizk;
Hücumçular: Mahmud əl-Mərdi, Musa əl-Tamari, Ənəs əl-Avadət, Məhəmməd Əbu Züreyk, Həmzə əl-Dardur, Əli Olvan, Yazan əl-Naymat.