Joze Mourinyo PSJ-yə razılıq verdi
"Roma"nı bu mövsüm futbol üzrə UEFA Avropa Liqasının finalına çıxaran Joze Mourinyo yayda PSJ-nin baş məşqçisi olacaq.
mediasport.az xəbər verir ki, bu barədə məlumatı Fransanın məşhur "L'Equipe" nəşri yayıb.
Bildirilir ki, Paris klubunda Kristof Qaltyeni əvəz edəcək ən real namizəd məhz 60 yaşlı portulqaiyalıdır. Fransızların pireneyli mütəxəssislə əlaqəyə keçdiyi və ilkin müsbət razılıq aldığı vurğulanır.
"Don Joze" İtaliya təmsilçisini 2021-ci ildən çalışdırır. Tərəflərin müqaviləsi 2024-cü il iyunun 30-na qədər qüvvədədir.