"Qarabağ" üçün seminar keçirildi

 "Qarabağ" üçün seminar keçirildi

"Qarabağ”ın əsas komandası üçün hakimlik məsələləri və oyun qaydaları ilə bağlı seminar təşkil olunub.

Mediasport.az xəbər verir ki, “Azərsun Arena”nın akt zalında təşkil edilən tədbirdə AFFA Hakimlər Komitəsinin sədri Frank de Blekere, komitənin üzvü Ömər Paşayev, həmçinin komanda üzvləri və məşqçi heyəti iştirak edib.

Qurum rəsmisi hakimlik və oyun qaydaları haqqında danışıb. Bu mövzuda suallar cavablandırılıb. Komitə rəhbəri videoçarxda nümayiş olunan oyun epizodlarını şərh edib. Epizodlarla bağlı müzakirələr aparılıb.