Millimizin üzvü şikayət etdi, FİFA Türkiyə klubunu cəzalandırdı

Millimizin üzvü şikayət etdi, FİFA Türkiyə klubunu cəzalandırdı

FİFA Türkiyənin 6 klubuna transfer qadağası qoyub.

Mediasport.az xəbər verir ki, bu komandalardan "Hatayspor" cəzanı Azərbaycan millisinin futbolçusu Renat Dadaşova görə alıb.

Hazırda 1-ci Liqada "Ankaragücü"nün heyətində çıxış edən 26 yaşlı forvardın ötən mövsüm icarə əsasında formasını geyindiyi Hatay təmsilçisi transfer öhdəliklərini yerinə yetirməyib.

Klub bu səbəbdən 2 mövsümlük transfer qadağası ilə üzləşib.

"Hatayspor" İdman Arbitraj Məhkəməsinə müraciət edə bilər.

Cəzalanan digər kollektivlər "Adana Demirspor" (2 il), "Antalyaspor" (2 il), "Eyüpspor" (3 il), "Kayserispor" (3 il) və "Samsunspor"dur (2 il).