"Şahdağ" Turizm Mərkəzində Dünya Kubokuna yekun vuruldu

 "Şahdağ" Turizm Mərkəzində Dünya Kubokuna yekun vuruldu

"Şahdağ" Turizm Mərkəzində keçirilən xizək alpinizmi üzrə Dünya Kubokuna yekun vurulub.

Mediasport.az xəbər verir ki, 4 gün davam edən yarışın son günündə idmançılar fərdi növ üzrə mübarizə aparıblar.

Mükafatlandırma mərasimində Beynəlxalq Xizək Alpinizm Federasiyasının Baş Katibi Xordi Kenels Xizək Alpinizmi üzrə Dünya Kubokunun yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Azərbaycan Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyevə təşəkkürünü bildirib.

Qeyd edək ki, Beynəlxalq Xizək Alpinizmi Federasiyasının, Azərbaycan Qış İdman Növləri Federasiyasının və “Şahdağ” Turizm Mərkəzinin təşkilatçılığı ilə keçirilən yarışa 26 ölkədən (Azərbaycan, Türkiyə, Belçika, Bolqarıstan, Kanada, Çin Xalq Respublikası, Avstriya, Andora, İspaniya, Çex Respublikası, Fransa, Almaniya, İran İslam Respublikası, Qazaxıstan, Niderland Krallığı, Norveç Krallığı, Polşa, Qətər Əmirliyi, Slovakiya, Amerika Birləşmişmiş Ştatları, Böyük Britaniya, Yunanıstan Sloveniya və Fərdi Neytral İdmançılar (AİN) olmaqla 130-a yaxın idmançı qatılıb.

Dünya kuboku 2026-cı ildə keçiriləcək Qış Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün kvalifikasiya yarışlarından biri hesab edilir.


Fərdi növü üzrə nəticələri


Qadınlar

1. Aksel Qaçe Molyare (Fransa)

2. Emili Harrop (Fransa)

3. Yoanna Hyemer (Avstriya)


Kişilər

1. Remi Bone (İsveçrə)

2. Samuel Eküy (Fransa)

3. Tibo Anselmet (Fransa)