Elçin Məmmədov Avropa Liqasının “Fənərbağça” - “Lion" görüşündə
AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA tərəfindən təyinat alıb.
Mediasport.az xəbər verir ki, o, UEFA Avropa Liqasının əsas mərhələsinin 7-ci turu çərçivəsində keçiriləcək “Fənərbağça” (Türkiyə) - “Lion” (Fransa) oyununun UEFA Matç direktoru (UEFA Venue Director) olacaq.
Qarşılaşma yanvarın 23-də İstanbulda yerləşən “Şükrü Saracoğlu” stadionunda baş tutacaq.