Paytaxt klubu yenə də Mahir Emrelini transfer etmək istəyir
Azərbaycan milli komandası və Zaqreb "Dinamo"sunun hücumçusu Mahir Emreli yenidən Rusiya klublarının diqqət mərkəzinə düşüb.
Mediasport.az xəbər verir ki, 26 yaşlı forvard növbəti dəfə Moskva "Lokomotiv"in transfer siyahısındadır.
Xorvatiya təmsilçisi keçidə isti yanaşsa, Emreli "transfer pəncərəsi"nin sonuna qədər "dəmiryolçu" olacaq.
Emreli daha çox oyun praktikası qazanmaq üçün Rusiyaya yollanmağa razıdır.
Qeyd edək ki, Mahir iki il əvvəl də paytaxt klubundan təklif almışdı. Futbolçumuz o zaman "Legiya”dan ayrılaraq Xorvatiyaya üz tutmuşdu.