Kadinin menecerindən AÇIQLAMA - Braziliyalı "Qarabağ"a qayıdır?
"Krasnodar"ın futbolçusu Kadi Borgesin "Qarabağ"a qayıdacağı ilə bağlı xəbərlər yayılıb.
Mediasport.az xəbər verir ki, braziliyalı futbolçunun qışda Ağdam klubuna icarəyə veriləcəyi iddia edilir.
Məsələ ilə bağlı futbolçunun meneceri Helsio Alisk 30 yaşlı futbolçunun "Qarabağ"a qayıdıb-qayıtmayacağı ilə bağlı fikirlərini Sportal.az saytına açıqlamasında bildirib:
"Kadi "Qarabağ"ı sevir. Amma onun bu komandaya icarəyə verilməsi indiki məqamda mümkün deyil. Çünki "Krasnodar" onun üçün “Qarabağ”a 5 milyon ödəyib. Bundan sonra isə onun icarəyə götürülməsi heç də asan məsələ deyil".
Qeyd edək ki, Kadinin “Krasnodar”la müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir.