Dünyanın ən yaxşı baş məşqçisi olmağa namizədlər açıqlandı - SİYAHI

Dünyanın ən yaxşı baş məşqçisi olmağa namizədlər açıqlandı - SİYAHI

Beynəlxalq Futbol Federasiyası (FIFA) 2022-ci ilin ən yaxşı baş məşqçisi mükafatına namizədləri açıqlayıb.

mediasport.az xəbər verir ki, siyahıya Avropa Çempionlar Liqasının hazırkı qalibi “Real"ın baş məşqçisi Karlo Ançelotti, həmçinin 2022-ci ildə Qətərdə keçirilən Dünya çempionatı finalçılarının baş məşqçiləri - Argentina və Fransa millilərindən müvafiq olaraq Lionel Skaloni və Didye Deşam da daxildir.

Mükafata namizədlər arasında “Mançester Siti”nin çalışdırıcısı Xosep Qvardiola, mundialda sürprizlərlə yadda qalan Mərakeş yığmasından Valid Reqragi yer də alıb.

“The Best” mükafatı fevralın 27-də təqdim ediləcək.