"Kəpəz" heyətini gürcüstanlı yarımmüdafiəçi ilə gücləndirdi

"Kəpəz" heyətini gürcüstanlı yarımmüdafiəçi ilə gücləndirdi

"Kəpəz" qış transfer dövründə ilk transferini rəsmiləşdirib.

Mediasport.az xəbər verir ki, Gəncə klubu gürcüstanlı Rati Ardazişvilini transfer edib.

26 yaşlı yarımmüdafiəçi ilə "6 ay+1 il" müddətinə müqavilə bağlanıb.

Ratinin son klubu vətənində "Samtredia" olub.

Gürcüstanın aşağı yaş qrupları üzrə yığma komandalarının, o cümlədən U-21 millisinin şərəfini qorumuş futbolçu Ukraynada "Rux", Qazaxıstanda "Kaspi" və "Jetısu", həmçinin Latviyada "Liepaya"nın formasını geyinib.