Azərbaycan Premyer Liqası dünya reytinqində 7 pillə irəlilədi

Azərbaycan Premyer Liqası dünya reytinqində 7 pillə irəlilədi

Dünyanın ən güclü futbol çempionatlarının yeni reytinq siyahısı tərtib olunub.

Mediasport.az xəbər verir ki, sıralamada planetin 71 ən yaxşı birinciliyi yer alıb.

Azərbaycan Premyer Liqası 43.872 əmsalla dünyada 43-cüdür. Çemponatımız 6 aydan bir açıqlanan cədvəldə 7 pillə irəliləyib.

İlk sıralarda “Böyük beşlik” liqaları qərarlaşıblar: İngiltərə Premyer Liqası 1-ci, İspaniya La Liqası 2-ci, İtaliya A seriyası 3-cü, Almaniya Bundesliqası 4-cü, Fransa Liqa1-i 5-cidir.

Türkiyə Super Liqası “Top-10”u qapayır.