Türkiyədə oynayan azərbaycanlı: "Daha çox çalışmağın vaxtıdır"
Azərbaycanın U-19 milli komandasının üzvü Həsən Nəzərli formasını geyindiyi Türkiyənin "Ankaragücü" klubunun əsas komandasında ilk dəfə start heyətdə meydana çıxıb.
Mediasport.az xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçi Türkiyə Kubokunun qrup mərhələsinin “İskəndərunspor”la görüşündə 90 dəqiqə meydanda olub.
Paytaxt klubunun yetirməsi 1:1 hesabı ilə başa çatan matçdan sonra sosial şəbəkə hesabında təəssüratlarını bölüşüb:
"Mənə ilk dəfə “Ankaragücü”nün start heyətində oynamaq şansı verdiyi üçün Kamal Özdeşə və bütün məşqçilər korpusuna təşəkkür edirəm. İndi daha çox çalışmağın vaxtıdır".
Xatırladaq ki, Nəzərli ilə yanaşı, əsas komandanın digər azərbaycanlı futbolçusu Renat Dadaşov da sonadək oynayıb.