"Neftçi" onun transferi üçün yarım milyon manata yaxın pul xərclədi

 "Neftçi" onun transferi üçün yarım milyon manata yaxın pul xərclədi

"Neftçi"nin bugünlərdə transfer etdiyi Andrey Ştoqrinə görə ödədiyi təzminat məlum olub.

Mediasport.az xəbər verir ki, “ağ-qaralar” ukraynalı yarımmüdafiəçiyə görə "Çernomores"ə 230 min avro (təxminən 430 min manat) kompensasiya ödəyiblər.

Məlumatı “Transfermarkt” portalı paylaşıb.

Xatırladaq ki, Bakı təmsilçisi 26 yaşlı ukraynalı forvardla 3 illik müqavilə bağlayıb.