"Kəpəz" və "Sumqayıt" cərimələndi

"Kəpəz" və "Sumqayıt" cərimələndi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Mediasport.az xəbər verir ki, toplantıda Azərbaycan Premyer Liqasının və Əvəzedicilər Liqasının 3-cü turunun oyunları ilə bağlı baş vermiş qayda pozuntularına hüquqi qiymət verilib.

17 avqust 2024-cü il tarixində Azərbaycan Premyer Liqasının 3-cü turunun "Kəpəz" – "Turan Tovuz" oyununda "Kəpəz" klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə "Kəpəz" klubu 700 manat cərimə edilib (maddə 37);

17 avqust 2024-cü il tarixində Azərbaycan Premyer Liqasının 3-cü turunun "Sumqayıt" – "Səbail" oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə "Sumqayıt" klubu 800 manat cərimə edilib (maddə 51.2);

17 avqust 2024-cü il tarixində Azərbaycan Premyer Liqasının 3-cü turunun "Sumqayıt" – "Səbail" oyununda PFL Əsasnaməsinin tələbləri pozulduğuna görə "Sumqayıt" klubu 500 manat cərimə edilib (maddə 70.1);

17 avqust 2024-cü il tarixində Əvəzedicilər liqasının 3-cü turunun "Şamaxı-2" – "Qarabağ-2" oyununda "Qarabağ-2" komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə "Qarabağ-2" komandası 70 manat cərimə edilib (maddə 37);

18 avqust 2024-cü il tarixində Əvəzedicilər liqasının 3-cü turunun "Kəpəz-2" – "Turan Tovuz-2" oyununda "Kəpəz-2" komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə "Kəpəz-2" komandası 70 manat cərimə edilib (maddə 37);

18 avqust 2024-cü il tarixində Əvəzedicilər liqasının 3-cü turunun "Kəpəz-2" – "Turan Tovuz-2" oyununa Təcili Tibbi Yardım avtomobilinin gec gəlməsi səbəbindən matç 30 dəqiqə gec başladığına görə "Kəpəz-2" komandası 100 manat cərimə edilib (maddə 72.4);

18 avqust 2024-cü il tarixində Əvəzedicilər liqasının 3-cü turunun "Kəpəz-2" – "Turan Tovuz-2" oyununda PFL Əsasnaməsinin tələbləri pozulduğuna görə "Kəpəz-2" klubu 50 manat cərimə edilib (maddə 70.1);

18 avqust 2024-cü il tarixində Əvəzedicilər liqasının 3-cü turunun "Sumqayıt-2" – "Səbail-2" oyununda "Səbail-2" komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə "Səbail-2" komandası 70 manat cərimə edilib (maddə 37);

18 avqust 2024-cü il tarixində Əvəzedicilər liqasının 3-cü turunun "Sumqayıt-2" – "Səbail-2" oyununda stadionun texniki zonası xətlənmədiyinə görə "Sumqayıt-2" komandası 100 manat cərimə edilib (maddə 69.3);

18 avqust 2024-cü il tarixində Əvəzedicilər liqasının 3-cü turunun "Sumqayıt-2" – "Səbail-2" oyununun matçöncəsi iclasında polis nümayəndəsi iştirak etmədiyinə görə "Sumqayıt-2" komandası 80 manat cərimə edilib (maddə 73.1);

19 avqust 2024-cü il tarixində Əvəzedicilər liqasının 3-cü turunun "Zirə-2" – "Araz-Naxçıvan-2" oyununda "Zirə-2" komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə "Zirə-2" komandası 70 manat cərimə edilib (maddə 37).