"Səbail" "Sivasspor"la "sülh"ə razılaşdı

"Səbail" "Sivasspor"la "sülh"ə razılaşdı

Yeni mövsümün hazırlıqlarını davam etdirən “Səbail” Türkiyə toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirib.

MediaSport.az xəbər verir ki, Bayıl klubu Türkiyə Superliqası təmsilçisi “Sivasspor”la qarşılaşıb.

Oyunda qalib müəyyənləşməyib - 1:1. "Dənizçilər"in qolunu Pedro Nuno vurub.

Şahin Diniyevin komandası toplanışda daha əvvəl “Ərzurumspor”a 4:3 hesabı ilə qalib gəlib.