Fərid Qayıbov və Sərxan Hacıyev eks milli üzvlərini mükafatlandırıb
Tofiq Bəhramov adına Respublika stadionunda İsveç yığmasına qarşı AVRO-2024-ün seçmə mərhələ oyunundan əvvəl Azərbaycan millisinin sabiq üzvlərinə təşəkkür plaketi təqdim olub.
Mediasport.az xəbər verir ki, peşəkar karyeralarını 2023-cü ildə başa vurmuş Əfran İsmayılov, Rauf Əliyev, Ruslan Abışov, Riçard Almeyda, Elvin Məmmədov, hazırda II Liqada "Şahdağ Qusar"da forma geyinən Rahid Əmirquliyevə xatirə hədiyyələrini gənclər və idman naziri Fərid Qayıbovla AFFA-nın baş katibi Sərxan Hacıyev veriblər.
Ruslan Abışov hazırda ölkə xaricində olduğu üçün tədbirdə iştirak etməyib.
Azərbaycan – İsveç oyunu saat 21:00-da başlanacaq.