"Maraqlı hücumlarımız alındı, bunun üzərində yeni-yeni işləyirik"

"Maraqlı hücumlarımız alındı, bunun üzərində yeni-yeni işləyirik"

Milli komandaların seçmə mərhələ oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edən Premyer Liqa klubları - "Qəbələ" və "Araz-Naxçıvan" yoldaşlıq oyunu keçiriblər.

Mediasport.az xəbər verir ki, Qəbələdə baş tutan matçda qalib müəyyənləşməyib.

Premyer Liqanın debütantı Naxçıvan təmsilçisinin baş məşqçisi Azər Bağırov görüşlə bağlı fikirlərini bölüşüb:

"Məqsədimiz komandanı səfərdə sınamaq idi. Bakıdakı hazırlıq müddətində uşaqları yukləmişdik və bunun fonunda onları iş başında bir daha yoxladıq. Xoş atmosferdə keçdi oyun. Görüşü zədəsiz başa vurduq. Hər iki hissədə maraqlı hücumlarımız alındı, hansı ki, bu gedişlər üzərində yeni-yeni işləyirik. Müdafiədən isə uzun deyil, qısa ötürmələrlə çıxmağa çalışdıq. Yəni, bunların üzərində 4-5 gün işləməyimizə baxmayaraq, nəticə pis deyildi. 

Birinci hissədə əvvəlki oyunlarda az şans verdiyimiz futbolçulara da meydana çıxmaq imkanı yaratdıq. Onların da təzyiq altında nəyə qadir olduqlarını gördük. Maraqlı və faydalı bir görüş oldu".