Klopp mövsümün sonunda "Liverpul"dan ayrılacaq - VİDEO

Klopp mövsümün sonunda "Liverpul"dan ayrılacaq - VİDEO

"Liverpul"un baş məşqçisi Yürgen Klopp cari mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb.

Mediasport.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti rəsmi "YouTube" kanalında video yayımlayıb.

Almaniyalı 2015-ci ildən "qırmızılar"ın "sükanı arxasındadır". Klopp bu müddətdə UEFA Çempionlar Liqasının, UEFA Superkubokunun, Klublararası Dünya Çempionatının İngiltərə Premyer Liqasının, Federasiya Kubokunun, Liqa Kubokunun qalibi olub.