Klublararası Dünya çempionatında 32 komanda iştirak edəcək
FİFA 2025-ci ildən klublararası Dünya çempionatının formatında dəyişiklik edəcək.
mediasport.az xəbər verir ki, bu barədə dünya futbol təşkilatının prezidenti Canni İnfantino məlumat verib.
Qurum rəhbəri bildirib ki, yeni formatda keçiriləcək yarışda 32 komanda iştirak edəcək: "Biz bu çempionatı milli komandaların iştirak etdiyi Dünya Kuboku yarışına bənzətmək istəyirik. Müxtəlif futbol konfederasiyalarından 4 komandanın mübarizə aparacağı Dünya Seriyası adlı dostluq turniri yaratmışıq. Qadın futbolçular arasında da klublararası Dünya çempionatını keçirməyi nəzərdə tuturuq".
Hazırda klublararası Dünya çempionatı 6 komandanın iştirakı ilə təşkil olunur. Bunlar 5 kontinental yarışın qalibi və təşkilatçı ölkənin təmsilçisidir. Çempionatın son qalibi “Çelsi” olub. Yarışın ən komandası Madrid "Real"ıdır - 4 dəfə.