Ukrayna Rumıniyada sensasiyaya imza atdı - Avropa çempionatı
Gürcüstan və Rumıniyanın birgə təşkilatçılığı ilə keçirilən futbol üzrə U-21 Avropa çempionatının final mərhələsində bütün yarımfinalçılar müəyyənləşib.
MediaSport.az xəbər verir ki, İsrail və İspaniyanın ardınca, İngiltərə və sürprizə imza atan Ukrayna yığması da adını 1/2 finala yazdırmağa müvəffəq olub.
Ruslan Rotanın rəhbərlik etdiyi ukraynalılar qrup mərhələsini maksimum nəticə ilə başa vurmuş Fransa futbolçuları ilə matçda hesabda geri düşsələr də, sonradan 3 qol vuraraq tarixi nəticəyə imza atıblar. Ukrayna tarixində ilk dəfə AÇ-lərin yarımfinalına vəsiqə qazanıb. Qeyd edək ki, ötən mövsümü Azərbaycanda - "Sabah" klubunda keçirmiş Aleksey Kaşşuk oyunun iştirakçısı olub, fasilədən sonra əvəzlənib.
Beləliklə, finalçıların adlarına iyulun 5-də keçiriləcək yarımfinal görüşlərində aydınlıq gətiriləcək. İyulun 8-nə planlaşdırılmış həlledici qarşılaşma uğrunda İsrail - İngiltərə və İspaniya - Ukrayna duelləri baş tutacaq.
U-21 Avropa çempionatı. 1/4 final
İngiltərə - Portuqaliya 1:0
Fransa - Ukrayna 1:3
Ayxan