Klublararası Dünya çempionatının qalibi müəyyənləşib - FOTO
Futbol üzrə Klublararası Dünya çempionatına yekun vurulub.
Mediasport.az xəbər verir ki, bürünc medal uğrunda mübarizədə "Əl-Əhli" "Urava Red Daymonds"u üstələyib.
Final matçında isə "Mançester Siti" "Fluminense"ni 4 cavabsız qolla məğlub edib və turnirin qızıl medallarına yiyələnib.
Xatırladaq ki, yarış dekabrın 11-dən Səudiyyə Ərəbistanında keçirilir.
Klublararası Dünya çempionatı
3-cü yer uğrunda matç
"Urava Red Daymonds" (Yaponiya) - "Əl-Əhli" (Misir) 2:4
Final
22:00 "Fluminense" (Braziliya) - "Mançester Siti" (İngiltərə) 0:4