Mərakeş İspaniyaya, İsveçrə Portuqaliyaya qarşı - 1/8 finalın sonu

Mərakeş İspaniyaya, İsveçrə Portuqaliyaya qarşı - 1/8 finalın sonu

"Dünya Kuboku-2022"də bu gün sonuncu 1/4 finalçılar müəyyənləşəcək.

mediasport.az xəbər verir ki, 1/8 finalın son iki görüşündə meydan Mərakeş, İspaniya, Portuqaliya və İsveçrə millilərinin ixtiyarına veriləcək.

Qrup oyunlarında nümayiş etdirdikləri futbola əsasən demək olar ki, dörd yığmanın hər biri 1/4 finala layiq komandadır. Afişa əsas götürüldükdə, bəziləri Mərakeş millisini zəif hesab edə bilər. Lakin Valid Reqraginin baş məşqçisi olduğu Afrika təmsilçisinin vitse-Dünya çempionu Xorvatiya və son mundialın bürünc medalçısı Belçikanın yer aldığı qrupudan lider çıxmasına nəzər salmaq kifayətdir ki, bu komandanın potensiallı olduğu aydın anlaşılsın.

Bu iki oyundan sonra DÇ-də 2 günlük fasilə yaranacaq. Dekabrın 9-dan isə pley-off matçları başlanacaq.


Dünya Kuboku-2022. 1/8 final


19:00 Mərakeş - İspaniya

Baş hakim: Fernando Rapallini (Argentina)

"Edukeyşn Siti" stadionu.


23:00 Portuqaliya - İsveçrə

Baş hakim: Sezar Ramos (Meksika)

"Lusail" stadionu.