Dünya Kubokunda artırılma vaxtın çox olmasının səbəbi müəyyənləşdi
Qətərdə keçirilən Dünya Kuboku oyunlarında hakimlərin bitmiş vaxta çox əlavə etməsinin səbəbi müəyyənləşib.
mediasport.az xəbər verir ki, mundialın görüşlərində sırf itirilmiş zamanı hesablamaq üçün fəaliyyət göstərən hakimlər var.
Əvəllər buna və ümumən hadisələrə nəzarəti yalnız bir hakim edirdisə, DÇ-2022-də məhz vaxta nəzarət üçün əlavə hakim ayrılıb və o, yalnız itirilmiş zamanı hesablamaqla məşğuldur.