PSJ və "Borussiya" hərəyə 4 qolla yarımfinalda - Çempionlar Liqası

 PSJ və "Borussiya" hərəyə 4 qolla yarımfinalda - Çempionlar Liqası

UEFA Çempionlar Liqasında ilk yarımfinalçıların adları müəyyənləşib.

Mediasport.az xəbər verir ki, 1/4 finalın cavab qarşılaşmaları çərçivəsində gecənin 2 matçı baş tutub.

Ötən həftə İspaniyada "Atletiko"ya uduzan "Borussiya" doğma "Siqnal İduna Park"da revanşı artıqlaması ilə alıb.

"Barselona" isə Parisdə geridönüşlə məğlub etdiyi PSJ-dən evdə 4 qol buraxaraq turnirlə vidalaşıb.

Mərhələnin digər 2 cavab oyunu bu gecə keçiriləcək.


Çempionlar Liqası. 1/4 final. Cavab oyunları


"Borussiya" (Dortmund, Almaniya) - "Atletiko" (Madrid, İspaniya) 4:2

Qollar: Yulian Brandt, 34, Yan Maatsen, 39, Niklas Fullkruq, 71, Marsel Sabitser, 74 - Mats Hummels, 49 (avtoqol), Anxel Korrea, 64.

Baş hakim: Slavko Vinçiç (Sloveniya).

"Siqnal İduna Park" stadionu, 23:00.

İlk oyun - 1:2.


"Barselona" (İspaniya) - PSJ (Fransa) 1:4

Qollar: Rafinya, 12 - Usman Dembele, 40, Vitinya, 54, Kilian Mbappe, 61 (pen.), 89.

Baş hakim: İştvan Kovaç (Rumıniya).

Qırmızı vərəqə: Ronald Arauxo, 29.

Lyuis Kompanis adına Olimpiya stadionu, 23:00.

İlk oyun - 3:2.