"Köhnə qitə"də derbi günü: TOP-5 liqalarda üç maraqlı qarşılaşma

  "Köhnə qitə"də derbi günü: TOP-5 liqalarda üç maraqlı qarşılaşma

Bu gün Avropanın yaşıl meydanlarında bir-birindən maraqlı qarşılaşmalar baş tutacaq.

Mediasport.az xəbər verir ki, sözügedən oyunlar "köhnə qitə"nin TOP-5 liqalarında çıxış edən komandalar arasında keçiriləcək.

Son illər İngiltərə Premyer Liqasına dominantlıq edən "Mançester Siti" London klubu "Arsenal"lə münasibətlərinə aydınlıq gətirəcək.

İtaliyanın Milan şəhərinin 2 təmsilçisi, əzəli və əbədi rəqiblər "İnter"lə "Milan"ın növbəti dueli əzəmətli "San Siro"da baş tutacaq.

Fransa Liqa 1-də isə "Olimpik" (Lion) - "Olimpik" (Marsel) görüşünün keçirilməsi planlaşdırılıb.

İngiltərə Premyer Liqası. 5-ci tur

19:30 "Mançester Siti" - "Arsenal"

"Etihad" stadionu.

İtaliya A Seriyası. 5-ci tur

22:45 "İnter" - "Milan"

"San Siro".

Fransa Liqa 1. 5-ci tur

22:45 "Olimpik" (Lion) - "Olimpik" (Marsel)

"Park Olimpik" stadionu.