Komitədə baş katib prezidentin köməkçisi təyin edildi
Azərbaycan Milli Paralimpiya Komitəsində (MPK) yeni kadr təyinatı olub.
mediasport.az xəbər verir ki, Kamal Məmmədov qurumda prezidentin köməkçisi vəzifəsinə təyin edilib.
O, komitədə baş katib vəzifəsini icra edirdi. Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovdur.