Dünya çempionatı: İki güləşçimiz gümüş, biri bürünc medal qazandı
Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-23 dünya çempionatı keçirilir.
Mediasport.az xəbər verir ki, sərbəst güləşçilərimiz dünən 3 medal qazanıblar.
Ruslan Abdullayevlə (61 kq) Arseniy Djioyev (86 kq) "gümüş", Cəbrayıl Qadjiyev (74 kq) "bürünc"ə yiyələnib.
Bu gün Abubakr Abakarov (97 kq) təsəlliverici görüşdə ABŞ-li M.Endene ilə üz-üzə gələcək.
Maqomed-Başir Xanıyev (70 kq) isə finalda M.Eltemirovu məğlub etməyə çalışacaq.
Buna qədər yunan-Roma güləşçilərimizdən Rəşad Məmmədov (55 kq) gümüş, Nihat Quluzadə (60 kq) ilə Xasay Həsənli (77 kq) bürünc medal qazanıb. Qadın güləşçilərimizdən Jalə Əliyeva (57 kq) dünya çempionu olub.